İsrailin xarici işlər naziri Naxçıvana dron hücumlarını pisləyib

A- A A+

Martın 5-də İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a bildirilib ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.

İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: