İtaliya Baş nazirinin müavini: İranın Azərbaycana hücumu qəbuledilməzdir

A- A A+

İranın Türkiyəyə, Körfəz dövlətlərinə və hətta Tehrana qarşı heç vaxt hərbi əməliyyat keçirməyən Azərbaycana hücumu qəbuledilməzdir. İtaliya hökuməti İranın bu hərəkətlərini qətiyyətlə pisləyir.

NUHÇIXAN xəbər verir ki, martın 5-də İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ABŞ və İsrailin İrana hücumundan sonra Yaxın Şərqdəki böhranlı vəziyyətlə bağlı İtaliya Deputatlar Palatasında verdiyi açıqlamada bu barədə danışıb.

“İran Körfəz ölkələrində strateji infrastruktura, hərbi obyektlərə, Azərbaycanda isə hava limanına, yaşayış məskəninə raket və dron hücumları həyata keçirib. Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin hava hücumundan müdafiə qüvvələri İran İslam Respublikası tərəfindən buraxılan raketləri vurmaqla məşğuldur. Bu daim dəyişən vəziyyətdə münaqişənin genişlənmə riski realdır”, - deyə Antonio Tayani qeyd edib.

O bildirib ki, İran region və Avropa üçün mövcud təhlükə yarada biləcək nüvə silahları və raket sistemləri əldə edə bilməz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: