BMT: İranın Naxçıvana dron hücumu Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır

A- A A+

İran İslam Respublikasının Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Azərbaycan suverenliyinin açıq-aydın pozulmasıdır.

NUHÇIXAN xəbər verir ki, bunu "Report"un ABŞ bürosunun müvafiq sualına cavab olaraq BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Sözçü BMT Baş katibinin baş verənlərlə bağlı narahatlığını dilə gətirib:

"Biz Azərbaycan ərazisinə edilən dron hücumundan aşkar şəkildə çox narahatıq və ciddi təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır", - o bildirib.

S. Düjarrik İranı beynəlxaq hüquqa və BMT nizamnamələrinə əməl etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: