Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

A- A A+

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.

NUHÇIXAN xəbər verir ki, Baş nazirin müavini Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: