Azərbaycan və Moldova arasında bütün əsas sahələr üzrə müzakirələr aparılıb. Həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə də toxunulub.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.
Nazir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 11 milyon ABŞ dolları təşkil edib. Tərəflər ticarət dövriyyəsini artırmaq və qarşılıqlı investisiyaları genişləndirmək niyyətindədirlər. Enerji sahəsində əməkdaşlıq üçün də böyük potensial mövcuddur.
