TÜRKPA Naxçıvandakı mülki obyektlərə PUA hücumları ilə bağlı bəyanat yayıb

A- A A+

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mülki obyektlərinə həyata keçirilən pilotsuz uçuş aparatlarının (PUA) hücumları ilə bağlı bəyanat yayıb.

NUHÇIXAN xəbər verir ki, TÜRKPA-nın bəyanatında İranın bu hücumu qətiyyətlə pislənilib.

Bu cür hərəkətlərin mülki təhlükəsizlik və regional sabitliyə ciddi təhdid yaratdığını vurğulayan Baş katib oxşar hadisələrin qarşısının alınmasının vacibliyini bildirərək regionda vəziyyətin daha da gərginləşməməsi üçün təmkinli olmağa çağırır.

“TÜRKPA sülh və sabitlik diləyi ilə Azərbaycan Respublikasının Hökuməti və Azərbaycan xalqının yanındadır”, - deyə bəyanatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: