İstanbulda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

A- A A+

Martın 7-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

Bununla bağlı NUHÇIXAN-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumata verilib. Bildirilib ki, Türkiyə XİN-nin başçısı Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək toplantıda Türkiyə və dövr sədri olan Azərbaycanla yanaşı, üzv ölkələr Qazaxıstan, Qırğızıstan və Özbəkistanın təmsil olunacaq.

İclasda təşkilat çərçivəsində son inkişaflar və qarşıdakı dövrdə atılacaq addımlar müzakirə ediləcək, aktual qlobal və regional məsələlər barədə geniş məsləhətləşmələr aparılacaq.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşlərinin keçirməsi, həmçinin, qonaq nümayəndə heyətlərinin rəhbərlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi nəzərdə tutulur.

Məlumatda qeyd edilib ki, Türkiyənin xarici İşlər naziri Hakan Fidanın sözügedən iclasda edəcəyi çıxışda regionun və beynəlxalq sistemin sülh, sabitlik və ədalət yaratmaq baxımından çətin bir dövr keçirdiyi bu zamanda, TDT ölkələrinin regional məsuliyyət anlayışı ilə aralarındakı əməkdaşlığı genişləndirməsinin hər zamankindən daha vacib olduğunu vurğulaması nəzərdə tutulur. Hakan Fidan bu çərçivədə ABŞ və İsrail ilə İran arasında davam edən qarşıdurmaların, həmçinin üçüncü ölkələri hədəf alan hücumların tezliklə dayandırılması və diplomatiyaya imkan yaradılması məsələsində Türk dünyası olaraq ortaq mövqe sərgilənməsinin əhəmiyyətinə diqqət çəkəcək. Bundan başqa Pakistan ilə Əfqanıstan arasındakı gərginliyin daha da artmasının qarşısının alınması, Kipr türkləri və Şimali Kipr Türk Respublikası (KKTC) məsələsi, Türk dövlətlərinin üçüncü tərəflərlə Təşkilat çərçivəsində əməkdaşlığını inkişaf etdirmək məqsədilə yaradılması qərara alınan “TDT+” formatı ilə bağlı çıxışlar da gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: