İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb

A- A A+

İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb.

NUHÇIXAN xəbər verir ki, diplomatik korpus bununla bağlı rəsmi “Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlardan sonra İsveç Səfirliyi Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyini ifadə edir. Biz bu hücumları və Azərbaycanın təhlükəsizliyini təhdid edən hər hansı addımı qətiyyətlə pisləyirik. Vəziyyəti və gələcək hadisələri diqqətlə izləməyə davam edəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: