Azərbaycan və Belarus müdafiə nazirləri arasında telefon danışığı olub

A- A A+

Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, tərəflər İran İslam Respublikası ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlər, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: