Bu il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub
Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan əhalinin sayı təqribən 75 min nəfər təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılıb. 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25,5 milyard manat vəsait ayrılıb.
Ə.Əsədov qeyd edib ki, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir. 2025-ci ildə 69,2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
