Özbəkistanin tnews.uz portalı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Şərafəddin Tulaqanovun özbək dilində məqaləsini verib.
NUHÇIXAN xəbər verir ki, materialda Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1998-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında fərman imzalayıb. Məhz o vaxtdan bəri hər il martın 31-i soyqırımı günü kimi qeyd olunur.
Məqalədə ermənilərin 1918-ci ildə Bakı, Quba, Şamaxı, Göyçay, Lənkəran və digər bölgələrdə törətdikləri faciələr haqqında məlumat verilir, Quba soyqırımından danışılır.
Yazıda Qubadakı Soyqırımı Memorial Kompleksi haqqında da bəhs olunur. Bildirilir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb.
Material Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.