MM MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokolu təsdiq edib

A- A A+

Milli Məclis "Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"unu xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: