Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb

A- A A+

Xarici işlər naziri Ceyhun Bayramov martın 18-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

NUHÇIXAN-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: