Türkiyənin Anadolu Agentliyi Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumat yayıb.
NUHÇIXAN xəbər verir ki, agentlik məlumatı “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir” sərlövhəsi ilə təqdim edib.
Məlumatda bildirilir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib.
Anadolu Agentliyi sorğu blankında olan digər sualların cavabları barədə də oxuculara ətraflı məlumat verib.