Prezident İlham Əliyevin Gürcüstanın ölkəmizdəki səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində olub - FOTOLAR
Gürcüstanın aparıcı imedi.ge, interpressnews.ge, realnews.ge, interpress.ge, 1tv.ge informasiya portalları, eləcə də ictimai televiziyası Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olması və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verməsi barədə mlumat yayıblar.
NUHÇIXAN xəbər verir ki, xəbərlərdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladığı, Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdığı qeyd olunur.
Materiallarda Prezident İlham Əliyevin Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladığı xüsusi qeyd olunub.
Dövlətimizin başçısının Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin rolu barədə fikirləri də əksini tapıb.