Aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, görüş Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək.