31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə bəşər tarixində qara ləkəyə çevrilmiş faciəli hadisələri dərin kədərlə xatırlayırıq.
NUHÇIXAN xəbər verir ki, bu sözlər Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlunun paylaşımında yer alıb.
“Bu gün bir çox bölgədə, xüsusən də Bakı, Şamaxı və Qubada qətlə yetirilən qardaş və bacıların xatirəsini ehtiramla yad edirik. Bu faciə millətin ümumi yaddaşında silinməz iz buraxıb, birliyin, həmrəyliyin və qardaşlığın möhkəmləndirilməsinə təkan verib”, - deyə türk siyasətçi Türkiyə və Azərbaycan bayraqları ilə müşayiət olunan paylaşımında yazıb.
