Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər

A- A A+

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçiriləcək görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

NUHÇIXAN xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı Moskvada keçirilən brifinqdə açıqlayıb.

Mariya Zaxarovanın sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə həsr ediləcək. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: