Ali Məclis Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyasında təmsil olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 31 mart – 2 aprel 2026-cı il tarixlərində Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası keçirilir.

Beynəlxalq tədbirdə Azərbaycan nümayəndələri də iştirak edirlər. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. 

Sessiyanın müzakirələrinin mərkəzində müasir demokratiyanın üzləşdiyi ciddi çağırışlar - böhran vəziyyətində yerli demokratiya, təhlükəsizlik və müdafiə, regional inkişaf, yeni texnologiyalar və sosial hüquqlar kimi məsələlər dayanır. 

Qeyd edək ki, konqresin 50-ci sessiyası gündəlikdəki məsələlərlə bağlı müzakirə və çıxışlarla davam edir. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: