Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib

A- A A+

Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hər iki ölkənin hüquq sistemləri və praktiki hüquqşünasları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Baş prokuror Kamran Əliyev xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək ölkələrin hüquq mühafizə orqanları, eləcə də vəkillik və məhkəmə qurumlarının təmsilçilərinin qarşılıqlı təcrübə mübadiləsinin hüquq sistemlərinin inkişafı baxımından mühüm töhfə verməsini vurğulayıb.

Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili iki ölkənin həm vəkillik qurumları, həm də hüquq-mühafizə orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə iştirak edən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov prokurorluq orqanları və vəkillər kollegiyaları arasında mövcud olan yüksək əməkdaşlıq əlaqələrinə toxunub, İrakli Kandaşvilinin Gürcüstan Vəkillər Kollegiyasının sədri kimi ilk rəsmi səfərininin Azərbaycana edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiəsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: