Baş nazir Şimali Kiprə davamlı dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür edib

A- A A+

“Şimali Kipr Türk Respublikası TDT-nin Şərqi Aralıq dənizindəki sarsılmaz qalasıdır”.

NUHÇIXAN xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel deyib.

O bildirib ki, “Bir millət, üç dövlət” şüarı ilə Azərbaycan-Türkiyə- ŞKTR münasibətləri bütün TDT üçün nümunə olmalıdır: “Məqsədimiz bütün üzv dövlətlərlə bu səmimi əlaqələri dərinləşdirmək və Şimali Kipr Türk Respublikasının tamhüquqlu üzvlük prosesini başa çatdırmaqdır. Biz tamhüquqlu üzv olmağa hazırıq. Bəzi mərkəzlər elə davranır ki, biz yoxuq, amma biz varıq. Bizim dövlətimiz var, bayrağımız altında yaşayan, vətənimizin azad və suveren qarantı olan vətəndaşlarımız var. Türk birliyinə sarsılmaz inamı və Şimali Kiprə davamlı dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: