Fevralın 28-i saat 08:00-dan aprelin 8-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3379 nəfər təxliyə edilib.
NUHÇIXAN xəbər verir ki, təxliyə olunanların 598 nəfəri Azərbaycan vətəndaşıdır.
Təxliyə olunanlar arasında 733 Çin, 373 Rusiya, 249 Hindistan, 198 Banqladeş, 192 Tacikistan, 151 Pakistan, 136 İran, 84 Oman, 68 İndoneziya, 57 Əlcəzair, 46 İtaliya, 27 Almaniya, 26 İspaniya, 26 Kanada, 25 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 16 Bəhreyn, 15 ABŞ, 14 İsveçrə, 14 Polşa, 13 Nigeriya, 13 Qazaxıstan, 13 Belarus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya, 6 Finlandiya, 6 Çexiya, 6 Avstraliya, 5 Türkiyə, 5 Serbiya, 5 İsveç, 5 Əfqanıstan, 5 Avstriya, 5 Vyetnam, 5 Qırğızıstan, 5 Yunanıstan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şri-lanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Sloveniya, 2 Misir vətəndaşı var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.
