Ötən ilin aprel ayında Daşkənddə keçirilmiş sonuncu konfransdan sonra Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi fəaliyyət dairəsini genişləndirərək beynəlxalq rolunu daha da gücləndirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında deyib.
Sahibə Qafarova özünün Parlament Şəbəkəsinin sədri kimi xarici səfərləri, görüşləri və beynəlxalq konfranslardakı çıxışları zamanı təşkilatın rolunun və fəaliyyətinin təşviqinin daim prioritet təşkil etdiyini bildirib. Qeyd edilib ki, 2025-ci ilin aprelindən bu günədək üzv ölkələrin parlament rəhbərləri və hökumət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə təxminən 35 görüş keçirilib. Bu görüşlərdə platformanın effektivliyinin daha da artırılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib.
