NUHÇIXAN xəbər verir ki, Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası çərçivəsində aprelin 17-də keçiriləcək altıncı iclasın gündəliyi açıqlanıb.
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” qanun layihəsi (birinci oxunuş).
