Hikmət Hacıyev: Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri qlobal enerji təhlükəsizliyinə xidmət edir
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün qlobal enerji təhlükəsizliyinə xidmət etməklə yanaşı, region ölkələrinin də maraqlarını təmin edir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada söyləyib.
Ermənistan–Azərbaycan münaqişəsinin həllinin regional baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezidentin köməkçisi bildirib ki, ölkəmiz bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Azərbaycan siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
