Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesi Azərbaycanla əlaqəli şəkildə aparılır.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.
Türkiyə Prezidenti deyib: “Avrasiyada sülh və sabitliyin təminatı olaraq gördüyümüz Türk Dövlətləri Təşkilatını hər ötən gün daha da gücləndiririk. Bu ilin son rübündə ölkəmizdə keçirəcəyimiz XIII Türk Dünyası Zirvəsində təşkilata sədrliyi Azərbaycandan təhvil alacağıq”.
ABŞ ilə İran arasında əldə olunan atəşkəs barədə danışan Türkiyə Prezidenti bunun açdığı fürsət pəncərəsinin qalıcı sülhün təmin edilməsi üçün səmərəli şəkildə dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
