İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bakıda Zəfər parkında olub - FOTOLAR

A- A A+

Ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Mak Kormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti aprelin 21-də Bakıda Zəfər parkında olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib, nümayəndə heyətinin üzvləri Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə güllər qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: