“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş” təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan Saziş 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.
