Cənubi Koreya vətəndaşlarının təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

A- A A+

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun ötən il Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar koreyalıların təxliyəsinə göstərilən dəstəyə və köməyə görə Azərbaycana minnətdarlıq edib.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, koryalı nazirin aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışı olub. Tərəflər regional və ikitərəfli məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ötən ilin iyununda İsrail-İran hərbi toqquşmaları zamanı 10-larla Cənubi Koreya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: