Azərbaycan parlamenti mülki və ailə hüququ üzrə beynəlxalq protokolları təsdiqləyib

A- A A+

Milli Məclis “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”u təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu məsələ parlamentin mayın 1-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Parlament, eyni zamanda, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”u da təsdiqləyib.

Hər iki məsələyə edilən dəyişikliklərin əsas mahiyyətini mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentlə bağlı məhkəmə əmrlərinin tanınması və icrası mexanizmi ilə bağlı məsələlər təşkil edir. Beləliklə, bu yeniliklər dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirəcək, xüsusilə də uşaqların maddi təminatı ilə bağlı qərarların digər ölkələrdə daha asan və effektiv icrasına imkan yaradacaq.

Qeyd edək ki, hər iki sənəd 2025-ci il iyunun 26-da imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: