Naxçıvanda "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans keçirilir

A- A A+

Naxçıvanda "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən olan, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Konfransda öncə nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Qeyd edək ki, səfər xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq tarixi və mədəni dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, dini maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, eləcə də sağlam dini mühitin təşviqi məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: