San Marinonun yeni təyin edilmiş fəxri konsulu patent sənədini Xarici İşlər Nazirliyinə təqdim edib

A- A A+

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımov ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, görüşdə Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə fəxri konsul Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: