Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir - FOTOLAR

A- A A+

Slovakiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və "Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: