Milli Məclisin sədri: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

A- A A+

Parlamentlər arasındakı əməkdaşlıq Azərbaycan-Slovakiya münasibətlərinin bir hissəsidir. Ümumən ölkələrimiz arasındakı əlaqələrə nəzər yetirsək, xüsusən son illərdə bu əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyinin və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin şahidi olarıq.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.

“İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərinə diqqət yetirsək, iqtisadi, ticari, enerji, müdafiə sənayesi kimi sahələrdə artıq uğurlu əməkdaşlığın həyata keçirildiyini görərik. Eyni zamanda, digər istiqamətlər üzrə də əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulamaq lazımdır. Müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə də müvafiq iş aparılır. Xalqlarımız arasındakı əlaqələrin daha da gücləndirilməsi baxımından humanitar sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, - deyə Milli Məclisin sədri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: