Türkiyə mediası: Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının mövqelərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb - FOTOLAR
Türkiyənin informasiya agentlikləri, televiziya kanalları və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışını geniş işıqlandırır.
NUHÇIXAN xəbər verir ki, xəbər materiallarında Prezident İlham Əliyevin TDT-nin rolunun artması və mövqelərinin möhkəmlənməsi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Dövlət başçısının Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının genişlənməsi, geosiyasi proseslər fonunda Orta Dəhlizin, o cümlədən bu marşrutun əsas seqmenti olan Zəngəzur dəhlizinin əhəmiyyətinin artması barədə fikirlərindən sitatlar təqdim olunub.
Bir sıra nəşrlər Prezident İlham Əliyevin Türk dünyasının XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsinin vacibliyi barədə fikirlərini manşetə çıxarıb.
Azərbaycanın TDT-nin möhkəmləndirilməsi üçün bundan sonra da bütün səylərini davam etdirəcəyi vurğulanıb.