Rossbax: Nazirlər görüşü dayanıqlı urbanizasiya sahəsində gələcək addımları müəyyən etmək imkanıdır

A- A A+

Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü proqramın icrasının ilk onilliyinə yekun vurmaq və dayanıqlı urbanizasiya sahəsində gələcək addımları müəyyən etmək üçün mühüm imkandır.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni urbanizasiya gündəliyi mövzusuna həsr olunmuş nazirlər görüşündə bildirib.

"Bu nazirlər görüşü icranın ilk onilliyinə yekun vurmaq və əlçatan mənzil məsələsini şəhər transformasiyasının növbəti onilliyinin mərkəzinə çıxarmaq üçün mühüm platformadır", - o bildirib.

Rossbaxın sözlərinə görə, "UN-Habitat" gündəliyin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır. Həmçinin, o bildirib ki, təşkilatın yeni strateji planı dayanıqlı urbanizasiyanın əsas istiqamətlərinə yönəlib.

Rossbax əlavə edib ki, görüş çərçivəsində müzakirələrin açılışı nazirlərin və bütün nümayəndələrin fəal iştirakına təkan verməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: