BMT-nin koordinatoru: Azərbaycanın həyata keçirdiyi layihələr digər ölkələr üçün faydalı təcrübə ola bilər

A- A A+

Azərbaycan dayanıqlı urbanizasiya sahəsində artıq mühüm rol oynayır.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin İnsan Məskənləri Proqramının Konqo Demokratik Respublikasındakı proqram koordinatoru Məhəmməd Kulibali deyib.

Onun fikrincə, Azərbaycanın BMT-nin İnsan Məskənləri Proqramının Assambleyasında təmsil olunması və belə nüfuzlu tədbirə ev sahibliyi etməsi bunun göstəricisidir.

O bildirib ki, Bakı inkişaf etmiş və yaxşı planlaşdırılmış şəhər təsiri bağışlayır.

Məhəmməd Kulibali, həmçinin əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri də digər ölkələr üçün faydalı təcrübə ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: