Malayziya 10 il ərzində 1 milyon əlçatan və ədalətli mənzil inşa etməyi hədəfləyir.
NUHÇIXAN xəbər verir ki, bunu Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib.
"Residensi Rakyat" (PRR) və "Residensi Madani" proqramları sayəsində biz sadəcə sığınacaqla təmin etməklə kifayətlənmirik. Gəncləri, ilk dəfə mənzil alan vətəndaşları, gəliri 40 %-dən aşağı olan ev təsərrüfatlarını, B40 kateqoriyasını prioritet olaraq müəyyən edirik. Biz şəhər hüququnun seçilmişlər üçün imtiyaz deyil, hamı üçün reallıq olmasına çalışır, şəhərlərimizi iqlim dəyişikliyinə uyğunlaşdırır, mənzil tikintisi iqtisadiyyatını dayanıqlı ekosistemə çeviririk", - nazir bəyan edib.
