Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur

A- A A+

Azərbaycanda dayanıqlı şəhərsalma istiqamətində həyata keçirilən siyasət çərçivəsində gənclərə xüsusi diqqət yetirilir. Xüsusilə Şuşa və Lənkəran kimi regionlarda gənclərin inkişafına yönələn proqramlar geniş şəkildə icra olunur.

NUHÇIXAN xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.

O, belə nüfuzlu platformada gənclərin əsas müzakirələrin mərkəzində yer almasından böyük qürur hissi keçirdiyini diqqətə çatdırıb.

Qarşıya qoyulan əsas məqsədin gənclərə və uşaqlara sabit həyat, keyfiyyətli təhsil və təhlükəsiz yaşayış imkanları yaratmaq olduğunu vurğulayan nazir müavini deyib: “Hazırda dünyada milyonlarla uşaq və gənc yaşayış yeri, keyfiyyətli təhsil və digər fundamental imkanlardan məhrum şəraitdə yaşayır. Qarabağ və Şərqi Zəngəzurda biz yalnız yollar və infrastruktur inşa etmirik. Eyni zamanda gənclər üçün yeni imkanlar, inkişaf perspektivləri və əlverişli yaşayış mühiti formalaşdırırıq. Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən inşa edərək dayanıqlı və inklüziv gələcək qurmağa çalışır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: