Gerrit Bloemberg: Mənzil siyasətində əsas prioritet ictimai maraq və yaşayışın təhlükəsizliyi olmalıdır

A- A A+

Mənzil əlçatanlığı çox vaxt inkişafın göstəricisi kimi təqdim olunur. Lakin kirayə depozitləri hələ də bir çox insan üçün əlçatmaz olaraq qalır. Bəzi hallarda isə sənədləri qaydasında olan evlər sökülür və həmin ərazilərdə əvvəlki sakinlərin ala bilməyəcəyi qiymətdə yeni mənzillər tikilir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclasında çıxışı zamanı Gerrit Bloemberg deyib.

“Əsas diqqət qanuniliyə, ictimai marağa, yaşayışın təhlükəsizliyinə və adekvat alternativlərin təmin olunmasına yönəlməlidir. İkincisi, kompensasiya məsələsidir. Əksər hallarda verilən kompensasiya ailələrin həyatını yenidən qurması üçün kifayət etmir. İnsanlar evlərini, bizneslərini, məktəblərini, sosial əlaqələrini və illərlə formalaşmış icma bağlarını itirirlərsə, kiçik məbləğdə ödəniş ədalətli hesab oluna bilməz. Kompensasiya adekvat, şəffaf və insanların yaşayışını real şəkildə bərpa etməyə imkan verəcək səviyyədə olmalıdır. Üçüncüsü, hökumətlər bu prosesdə birbaşa iştirak etməlidir. Biz vətəndaş cəmiyyəti olaraq güclü səs ola bilərik, lakin köçürülmə ilə bağlı qərarları verən və icra edən tərəf əsasən dövlət qurumlarıdır. Buna görə də hökumətləri, yerli icmaları, vətəndaş cəmiyyətini və texniki tərəfdaşları birgə məsuliyyətə cəlb edən mexanizmlər yaradılmalıdır”,- deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: