"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib

A- A A+

BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi münasibətilə təbrik edib.

NUHÇIXAN-ın məlumatına görə, bunu jurnalistlərə Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, "UN-Habitat" Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq WUF13-ün kuluarlarında bildirib.

"UN-Habitat" adından Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun uğurla keçirilməsi münasibətilə təbrik etmək mənim üçün böyük şərəf və məmnuniyyətdir. Lakin rəqəmlər əsas deyil. Nail olmağa çalışdığımız daha vacib məqsədlər əlçatanlıq, əlaqəlilik, dayanıqlılıq və layiqli icmaların yaradılmasıdır", - Nqa Kor Minq qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: