İqor Sergeyenko: WUF13-ün mövzusu müasir dövrün ən aktual prioritetlərindən biridir

A- A A+

İlk növbədə, Azərbaycan Hökumətinə və şəxsən Prezident İlham Əliyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksəksəviyyəli təşkilinə, qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bakı bu mühüm, qlobal dialoqun aparılması üçün ən ideal məkandır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko deyib.

O qeyd edib ki, Forumun builki mövzusu müasir dövrün ən aktual prioritetlərindən biridir. Çünkü şəhərlərin planlaşdırılması, sosial infrastrukturun qurulması və ekoloji balansın qorunması kompleks yanaşma tələb edir.

“WUF13-ün işinə, eləcə də, bütün iştirakçılara uğurlar arzulayıram. Əminəm ki, Bakı platforması şəhərlərimizin daha təhlükəsiz, inklüziv və nəsillərin rifah dolu gələcəyinə mühüm töhfə verəcək”, - deyə İqor Sergeyenko bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: