Gürcüstanın Baş naziri: Dünya Şəhərsalma Forumunun Bakıda keçirilən Sessiyası vacib platformadır

A- A A+

Gürcüstan nümayəndə heyəti Dünya Şəhərsalma Forumunun Bakıda keçirilən Sessiyasında iştirak edir. Bu, vacib bir platformadır. Müxtəlif ölkələrin liderləri bu tədbirdə iştirak edirlər. Biz onlarla görüşlər keçirmək imkanı əldə etdik.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan tərəfi ölkənin maraqlarını reallaşdırmaq üçün bu platformadan istifadə edəcək.

“Bakıdakı nümayəndə heyətimiz 13-cü Sessiyada iştirak edir. Bu, çox vacib bir platformadır, müxtəlif ölkələrin liderləri iştirak edirlər, biz də onlarla müsahibələr və görüşlər keçirmək imkanı əldə etdik. Xüsusilə dost ölkəmiz olan Azərbaycanda, Bakıda olmaq bizim üçün xoşdur. Ölkəmizin maraqlarını reallaşdırmaq üçün bu platformadan maksimum dərəcədə istifadə edirik”, - deyə Kobaxidze bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: