Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dayanıqlı şəhərsalma üzrə aparıcı qlobal tədbirdir. Forumun uğurlu keçirilməsini ürəkdən arzulayırıq.
NUHÇIXAN xəbər verir ki, bu sözləri WUF13-ün Liderlər Sammitində Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov deyib.
Bildirib ki, bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir. Onların formalaşmasında əsas proseslərdən biri urbanizasiyadır. Urbanizasiya insanları, məkanı və texnologiyanı birləşdirən mürəkkəb sistemlər kimi şəhərləri öyrənir. Ümid edirik ki, bu forum bizim təşəbbüslərimizə daha çox imkanlar yaradacaq.
