UN-Habitat Azərbaycan və daha üç ölkə ilə birgə mənzil böhranının əsas məsələlərini müəyyənləşdirir

A- A A+

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Keniya, Fransa, Azərbaycan və Somali ilə mənzil böhranı sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi üzrə əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olub.

NUHÇIXAN-ın məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13 çərçivəsində “Qlobal mənzil böhranı: plan nədir?” mövzusunda panel müzakirəsində deyib.

Rossbax bildirib ki, bu prioritetlərə torpaq idarəçiliyi, mənzil maliyyələşdirilməsi, qeyri-rəsmi yaşayış məntəqələri, sosial mənzil və iqlimə davamlı mənzil modelləri daxildir.

UN-Habitat rəhbəri qeyd edib ki, ölkələrin öz daxili resurslarını səfərbər etməsi və milli mənzil maliyyələşdirmə sistemlərini inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, mənzil siyasətinin uğuru ilk növbədə yerli səviyyədə icmaların iştirakından və şəhərlərin gələcək inkişafının düzgün planlaşdırılmasından asılıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: