UN-Habitatın icraçı direktoru: Afrikalıların 50 faizi şəhər ərazilərində yaşayır

A- A A+

BMT və Afrika İttifaqı arasında davamlı, möhkəm və fasiləsiz müzakirələr aparılır.

NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən Afrika ölkələrinin nazirlər iclasındakı çıxışında deyib.

“Bu forumlarda birlikdə iştirak etdiyimiz müddətdə hamımıza aydın oldu ki, urbanizasiya artıq gələcəyin məsələsi deyil. O artıq bizim qapımızın astanasındadır. Hazırda afrikalıların 50 faizi şəhər ərazilərində yaşayır. Hesablamalara görə, 2050-ci ilə qədər yüz milyonlarla insan şəhərlərə köçəcək. Söhbət 600 milyondan 900 milyona qədər insandan gedir və bu proses artıq başlayıb.

Eyni zamanda, sürətlə böyüyən ikinci dərəcəli şəhərlərə də diqqət yetirməliyik. Nayrobi Bəyannaməsinin nəticələri göstərir ki, bunun üçün həm baxış, həm də liderlik qabiliyyəti mövcuddur”,- Rossbax qeyd edib.

O, mənzil siyasətinin urbanizasiya prosesinin mərkəzində olmasının əhəmiyyətini vurğulayıb.

“Əks halda şəhərləşmə xaotik və qeyri-bərabər ola bilər”, Rossbax qeyd edib.

O, həmçinin, qeyri-rəsmi yaşayış məntəqələrinin xəritələndirilməsi, yaxşılaşdırılması və şəhərə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: