Prezidentin köməkçisi: Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirildiyi dövrdə ölkəmizə qarşı müəyyən kampaniyalara başlanılır

A- A A+

Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirildiyi dövrdə bəzi dairələr və qüvvələr tərəfindən ölkəmi qarşı müəyyən kampaniyalara başlanılır. Son dövrlərdə bunun bir qədər azaldığını müşahidə edirik. Çünki istər ölkəmizin içərisində olan, istər ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən bu qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara artıq qrant verənlərin sayları da azalıb. Onların hansı mənbələrdən qrant aldıqlarını da, yəni qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini də biz çox gözəl bilirik. Onlar bunu inkar etməyə çalışsalar da.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Kampaniyaların olduğunu, lakin miqyaslarının azaldığını diqqətə çatdıran Hikmət Hacıyev səbəbin onlara qrant verənlərin sayının azaldığı olduğunu deyib. “Bu xüsusda mahiyyətində yardım nəzərdə tutulan, amma tamamilə başqa işlərlə məşğul olan USAID-i, həmçinin Azərbaycanda bir sıra təşkilatları qeyd edə bilərik”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: