WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün yeni imkanlar yaradır
Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən platformaların yaradılması dayanıqlı urban inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının İdarə Heyətlərinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr şöbəsinin rəhbəri Kristian Mensa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, WUF tarixində ilk dəfə olaraq dünyanın müxtəlif ölkələrindən QHT-lər vahid platformada bir araya gələrək xüsusi məkan əldə ediblər. “Bu, onların sessiya çərçivəsində daha fəal iştirakı və fəaliyyətlərinin təmin olunması baxımından mühüm addımdır. WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün də yeni imkanlar yaradır”.
