UN-Habitat: Azərbaycan bir neçə gün əvvəl yağan intensiv yağışlar zamanı operativ reaksiya və hazırlıq nümayiş etdirib

A- A A+

Hazırda dünyada bir milyarddan çox insanın suya çıxışı yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı risklər mənzil və şəhərsalma siyasəti ilə bağlı məsələləri daha da aktuallaşdırır.

“Azərbaycan bir neçə gün əvvəl yağan intensiv yağışlar zamanı ekstremal hava hadisələrinə qarşı operativ reaksiya və hazırlıq nümayiş etdirib. Yağıntılar normadan artıq idi. Bununla belə, tədbirə ev sahibliyi edən ölkənin vəziyyətlə necə mübarizə apardığının şahidi olduq. Hazırda dünyada milyonlarla insan yalnız su deyil, həm də elektrik enerjisi kimi əsas xidmətlərə çıxış imkanından məhrumdur”, - deyə o vurğulayıb.

UN-Habitat-ın icraçı direktoru bildirib ki, bu məsələlər “Yeni Şəhər Gündəliyi”nin aralıq icmalında da öz əksini tapacaq. Onun sözlərinə görə, qeyri-formal yaşayış məntəqələri ilə bağlı problemlərin həllində beynəlxalq ictimaiyyət hələ istənilən nəticəyə nail ola bilməyib və mövcud problemlər getdikcə daha da dərinləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: