WUF13-ün “Voices from Cities” zalında keçirilən “World Urban Forum” tədbirində çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndəsi Liza Rossi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində dayanıqlı şəhərlərin inkişafı proqramlarına göstərilən dəstəkdən bəhs edib.
NUHÇIXAN xəbər verir ki, WUF13 iştirakçısı maliyyə qurumunun şəhər infrastrukturunun modernləşdirilməsinə, yaşıl nəqliyyatın inkişafına və bələdiyyə sistemlərinin enerji səmərəliliyinin artırılmasına investisiya qoymağa davam etdiyini bildirib. O, təqdimat zamanı şəhərlərin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşdırılmasına və şəhər mühitinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş iqlimə davamlı layihələrin maliyyələşdirilməsinə diqqət yetirib. Nümayəndə Batumi, Banya Luka və Sarayevo kimi şəhərlərdən nümunələr göstərib.
L. Rossi qeyd edib ki, AYİB şəhər inkişafına müasir yanaşmaların tətbiqi və infrastruktur təşəbbüslərinə özəl investisiyaların cəlb olunması məqsədilə yerli hakimiyyət orqanları ilə fəal əməkdaşlıq edir. O, davamlı şəhərsalmanın regionda iqtisadi sabitliyin və həyat keyfiyyətinin yaxşılaşdırılmasının əsas amilinə çevrildiyini vurğulayıb.
